11/10/2019
09:53
899
| A A A
Avro-2020: 3 qrupda 7 qarşılaşma

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçiriləcək.

Goal.az-ın məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil ediləcək. A qrupunun lideri İngiltərə Çexiyanın qonağı olacaq. Qrupun digər görüşündə Monteneqro Bolqarıstanı qəbul edəcək. Avropa çempionatının son qalibi Portuqaliya Lüksemburla üz-üzə gələcək. B qrupunda həmçinin Ukrayna və Litva komandaları da qarşılaşacaq.

H qrupunun iddialı komandalarından Türkiyə Albaniyanı qəbul edəcək. Son dünya çempionu Fransa isə İslandiyanın qonağı olacaq. Qrupun autsayderi Andorra Moldova ilə görüşdə xal qazanmağa çalışacaq.

AVRO-2020

Seçmə mərhələ, VII tur

11 oktyabr

A qrupu

22:45. Çexiya - İngiltərə

22:45. Monteneqro - Bolqarıstan

Xal durumu: İngiltərə - 12 xal (4 oyuna), Çexiya - 9 (5), Kosovo – 8 (5), Monteneqro - 2 (5), Bolqarıstan – 2 (5)

B qrupu

22:45. Portuqaliya - Lüksemburq

22:45. Ukrayna - Litva

Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 8 (4), Serbiya - 7 (5), Lüksemburq – 4 (5), Litva – 1 (5)

H qrupu

22:45. Andorra - Moldova

22:45. İslandiya - Fransa

22:45. Türkiyə - Albaniya

Xal durumu: Türkiyə - 15 xal (6 oyuna), Fransa - 15 (6), İslandiya – 12 (6), Albaniya – 9 (6), Moldova – 3 (6), Andorra – 0 (6)

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
502 səs