16/11/2019
15:40
3409
| A A A
Rusiya millisində ciddi itki

AVRO-2020-nin seçmə mərhələsində Rusiya millisi Belçikanı qəbul edəcək.

Goal.az xəbər verir ki, Rusiya yığması sabah keçiriləcək qarşılaşmada Akleksandr Qolovinin köməyindən istifadə edə bilməyəcək. Bu barədə millinin baş məşqçisi Stanislav Çerçesov yerli mətbuata açıqlamasında deyib.

O, Qolovinin yüngül zədəsinin olduğunu və bu səbəbdən də Belçika ilə oyunda olmayacağını bildirib.

Sabah keçiriləcək Rusiya – Belçika matçı saat 21:00-da start götürəcək.