17/11/2019
10:35
2241
| A A A
AVRO-2020-nin seçmə mərhələsində X tura start verilir

Bu gün AVRO-2020-nin seçmə mərhələsinin sonuncu – 10-cu turuna start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək.

B qrupunda yer alan Portuqaliya millisi səfərdə Lüksemburqun qonağı olacaq. Portuqallar bu qarşılaşmada qələbə qazanacağı halda, AVRO-2020-nin əsas mərhələsinə vəsiqə qazanacaq. Qrupun digər oyununda Serbiya Ukrayna ilə üz-üzə gələcək.

H qrupunda Fransa Albaniyanın, Türkiyə isə Andorranın qonağı olacaq.

Azərbaycan millisi E qrupu çərçivəsində son oyununu noyabrın 19-da Slovakiyaya qarşı keçirəcək.

AVRO-2020, seçmə mərhələ, 10-cu tur

B qrupu

18:00 Lüksemburq – Portuqaliya

18:00 Serbiya – Ukrayna

A qrupu

21:00 Bolqarıstan – Çexiya

21:00 Kosovo – İngiltərə

H qrupu

23:45 Andorra – Türkiyə

23:45 Albaniya – Fransa

23:45 Moldova – İslandiya