Pyaniç zədələndi
Bosniya və Herseqovina millisi ciddi itki ilə üzləşib.
Goal.az xəbər verir ki, Juventus-un yarımmüdafiəçisi Miralem Pyaniç zədələnib.
O, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçirdikləri ev oyununda sıradan çıxıb. Oyunu davam etdirə bilməyən bosniyalı futbolçu 77-ci dəqiqəqə əvəzlənmək məcburiyyətində qalmışdı.
Bu zədə səbəbindən Pyaniç artıq millinin düşərgəsindən ayrılmaq məcburiyyətində qalıb. Juventus-un düşərgəsinə qayıdan oyunçunun durumuna yaxın günlərdə tam aydınlıq gələcək.
Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina millisi sabah AVRO-2020-nin seçmə mərhələsi çərçivəsindəki son matçında səfərdə Lixtenşteyn yığmasıyla üz-üzə gələcək.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR