Didye Deşam 100-ə çatdı
Fransa milli komandası AVRO-2020-nin seçmə mərhələsinin 10-cu turunda Albaniyanı məğlub edib.
Goal.az xəbər verir ki, 2:0 hesabıyla bitən görüş “xoruzlar”ın baş məşqçisi Didye Deşam üçün yubileylə əlamətdar olub. Belə ki, Albaniya ilə oyun 51 yaşlı mütəxəssisin Fransa millisindəki 100-cü matçı olub.
2012-ci ildən yığmada baş məşqçilik edən Deşamın komandası bu oyunlarda 65 dəfə qələbə qazanıb, 17 dəfə isə məğlub olub. Deşam, Fransa millisi ilə həm Avropa, həm də dünya çempionatının final matçında iştirak edən ilk mütəxəssisdir. Fransız mütəxəssis yığma ilə DÇ-2018-in qalibi olub.
Fransa millisi AÇ-2020-nin seçmə mərhələsinin H qrupunu 25 xalla ilk sırada bitirərək, əsas mərhələyə vəsiqə qazanıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR