20/11/2019
17:50
3670
| A A A
Niderland yığmasında tarixi göstərici qeydə alınıb

Niderland milli komandası AÇ-2020-nin seçmə mərhələsində Estoniyanı məğlub edib – 5:0.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşma “narıncılar”ın futbolçusu Miron Boadu üçün əlamətdar olub. Belə ki, oyunda komandasının sonuncu qolunu vuran Boadu, yığma tarixində son 14 ildə qol vuran ən gənc futbolçu olub. AZ Alkmaar formasını geyinən Boadu, bunu 18 yaş 309 günlüyündə bacarıb.

Niderland millisinin heyətində qol vuran ən gənc oyunçu Rayan Babeldir. O, 2005-ci ildə yığmada ilk dəfə fərqlənəndə 18 yaş 97 günlük idi.