21/11/2019
15:18
2792
| A A A
AVRO-2020: Depay zirvədə, Ronaldo 10-cu oldu

UEFA, AVRO-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların reytinq cədvəlini açıqlayıb.

Goal.az xəbər verir ki, siyahının ilk 2 pilləsində Niderland millisinin üzvləri yer alıb. 2607 xalla Memfis Depay 1-ci, 2518 xalla Frenki de Yonq isə 2-ci olub. İlk 3-lüyü 2401 xalla İngiltərə millisinin qapıçısı Cordan Pikford tamamlayır.

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo isə 1763 xalla 10-cu sırada qərarlaşıb.

Azərbaycan milli komandasının heç bir üzvü reytinq cədvəlində ilk 100-lüyə düşə bilməyib.

TOP-10

1 Memfis Depay (Niderland) – 2607 xal

2 Frenki de Yonq (Niderland) – 2518

3 Cordan Pikford (İngiltərə) – 2401

4 Matteys de Liqt (Niderland) – 2195

5 Yasper Sillessen (Niderland) – 1885

6 Antuan Qrizmann (Fransa) – 1878

7 Bernardo Silva (Portuqaliya) – 1847

8 Ruben Dias (Portuqaliya) – 1785

9 Serxio Ramos (İspaniya) – 1783

10 Kriştiano Ronaldo (Portuqaliya) – 1763

(komanda.az)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1019 səs