12/02/2020
16:48
1534
| A A A
Maradona kimi əllə qol vuran tapldı

Asiya Futbol Konfederasiyası Kubokunun qrup mərhələsində ilk turun Seres (Filippin) – Svayrienq (Kamboca) matçında əllə vurulan qol hesaba alınıb.

Goal.az xəbər verir ki, 14-cü dəqiqədə Seres-in müdafiəçisi Coşua Qrommen topu Dieqo Maradona üslubunda tora göndəri, referi isə mərkəzi göstərib.

Nəticədə hesab 2:0 olub. Baş hakimin yanlış qərarından məyus olan qonaqlar daha 2 top buraxaraq, 0:4 hesabı ilə uduzublar.

Dieqo Maradona əllə qolu 1986-cı il dünya çempionatının 1/4 final matçında Argentina millisinin üzvü kimi İngiltərənin qapısından keçirib. Həmin vaxt da baş hakim bu qolu hesaba alıb. Görüş isə Argentinanın qələbəsi ilə yekunlaşıb - 2:1.