Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna start veriləcək.
Goal.az xəbər verir ki, 5 qrupda ümumilikdə 9 matç keçiriləcək.
C Liqasının 1-ci qrupunda Azərbaycan yığması Monteneqronu qəbul edəcək. Lüksemburq isə Kiprin qonağı olacaq.
A liqasında keçiriləcək oyunlar maraqla gözlənilir. Dünya çempionu Fransa ilə Avropa çempionu və Millətlər Liqasının qalibi Portuqaliya üz-üzə gələcək. Qalib komanda qrup birincisi olacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
14 noyabr
A liqası, 3-cü qrup
23:45. İsveç - Xorvatiya
23:45. Portuqaliya - Fransa
A liqası, 4-cü qrup
23:45. İsveçrə – İspaniya
23:45. Almaniya – Ukrayna
C liqası, 1-ci qrup
21:00. Azərbaycan - Monteneqro
21:00. Kipr – Lüksemburq
D liqası, 1-ci qrup
18:00. Malta – Andorra
21:00. Latviya - Farer adaları
D liqası, 2-ci qrup
18:00. San Marino – Cəbəllütariq