15/11/2020
14:59
1675
| A A A
Millətlər Liqasının oyunu təxirə salındı - koronavirusa görə

UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində, bu gün keçirilməli olan Rumıniya – Norveç matçı təxirə salınıb.

Goal.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın təxirə salınmasına Norveç yığmasının bir futbolçusunda koronavirus aşkarlanması səbəb göstərilir.

Norveç hökuməti yığma üzvlərinin karantin qaydalarına uyğun olaraq Buxarestə getməsinə icazə verməyib. UEFA bu səbəbdən qarşılaşmanı təxirə salıb. Norveç millisinin bütün üzvləri iki həftəlik karantində qalmalıdırlar.

Rumıniya – Norveç matçı bu gün, saat 23:45-də keçirilməli idi.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs