17/11/2020
11:58
4908
| A A A
İngiltərə millisində ciddi itkilər

İngiltərə millisinin futbolçularından Cordan Henderson (Liverpool) və Rahim Sterlinq (Manchester City) yığmanın düşərgəsini tərk ediblər.

Goal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi və 26 yaşlı hücumçu zədəli olduqları üçün belə bir addım atıblar. Onlar Millətlər Liqasının 6-cı turunda İslandiya ilə oyunda iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, sabah Uembli stadionunda keçiriləcək İngiltərə - İslandiya matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI