05/06/2022
19:44
1878
| A A A
Əliyar Ağayev Millətlər Liqasının oyununu idarə etdi

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasında bu gün keçirilən San-Marino - Malta oyununu idarə edib.

Goal.az xəbər verir ki, matç Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev sözügedən görüşdə Maltadan 3, San-Marinodan 2 futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edib. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirib.