11/01/2017
10:08
1388
| A A A
PFL FİFA-nı şikayət edəcək
İspaniya Peşəkar Futbol Liqası FİFA-nın dünya çempionatı iştirakçılarının sayının artırılması ilə bağlı qərarına qarşı çıxıb.
 
İspaniya PFL-i ali futbol qurumunun yeni qərarı ilə razı deyil. İspanlar FİFA-dan şikayət etməyi planlaşdırırlar. Ölkənin Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas son qərarla bağlı Brüssel və Nyon məhkəmələrinə müraciət ünvanlayacaq. Tebas bir müddət öncə açıqlamasında FİFA-nın bu addımının daxili çempionatların maraqlarına uyğun gəlmədiyini bildirmişdi.
 
Qeyd edək ki, FİFA-nın bu gün keçirilən iclasında DÇ-2026-dan etibarən mundial iştirakçılarının sayının 48-ə çatdırılmasına qərar verilib.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54248 səs