11/01/2017
17:32
1143
| A A A
Azərbaycan Premyer Liqası tez yekunlaşacaq

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul edib. 

Goal.az xəbər verir ki, ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən iclasında daxili birinciliklərin bitmə vaxtı müəyyənləşib.

Qərara əsasən, 2017/2018 mövsümündə Çempionlar Liqasının finalına qədər bütün çempionatlar yekunlaşmalıdır. Müəyyən istisnalar yalnız FİFA Şurasının razılığından sonra ola bilər.

FİFA-nın bu qərarına səbəb 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı olub.

Çempionata 2018-ci il iyunun 14-də start veriləcək.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
1363 səs