11/01/2017
22:49
3922
| A A A
49 yaşlı futbolçu klubu ilə müqaviləni yeniləyib

Dünyanın ən yaşlı futbolçusu Kaduzyosi Miura karyerasını başa vurmaq fikrində deyil. Goal.az xəbər verir ki, 49 yaşlı yarımmüdafiəçi peşəkar karyerasında 32-ci mövsümə başlayacaq. O, çıxış etdiyi "Yokohama" klubu ilə 1 illik yeni müqavilə imzalayıb. Fevralın 26-da Miuranın 50 yaşı tamam olacaq. Veteran futbolçu 1986-cı ildə "Santos"da futbol oynamağa başlayıb. O, 1994-cü ildə icarə əsasında "Genoa"da çıxış edib. "Yokohama"da Miura 2005-ci ildən forma geyinir.