18/06/2017
10:30
22278
| A A A
Futbol qaydalarında radikal dəyişikliklər edilə bilər

Futbol Assosasiyalarının Beynəlxalq İttifaqı (IFAB) oyun qaydalarını aid yeni təkliflərini rəsmi saytında yerləşdirib. Goal.az xəbər verir ki, futbola yeni qaydaları daxil etmək səlahiyyətinə malik qurum oyunların vaxtını 90 dəqiqədən 60-a endirmək təklifini irəli sürüb. Başqa sözlə, meydanda mübarizənin "təmiz" 60 dəqiqə getməsi tövsiyə olunur. Bu, futzaldakı kimi oyunda pauza yarandığı halda vaxtın dayandırlmasını nəzərdə tutur.

Digər təkliflər cərimə zərbələri ilə əlaqədardır. Futbolçuların sərbəst zərbələri ötürmə olmadan başlamasına icazə verilə bilər. IFAB geri ötürmələr zamanı qapıçının topu əlinə götürməsini sərbəst zərbə ilə deyil, penalti ilə cəzalandırmağı da təklif edir.

IFAB 1882-ci ildə təsis olunub. Bu təşkilatın mənzil qərargahı İsveçrənin Sürix şəhərində yerləşir.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54248 səs