20/06/2017
21:08
17638
| A A A
Daniel Alveşin "Juventus" macərası uzun çəkmədi

Dani Alveş "Juventus"la yollarını ayırmaq istəyir. Braziliyalı müdafiəçi klub rəhbərliyinə öz qərarını çatdırıb. Goal.az "Daily Mail"ə istinadən  xəbər verir ki, onun növbəti dayanacağı "Manchester City" olacaq. Təcrübəli futbolçu "şəhərlilər"lə 2 il müddətinə müqavilə imzalamaq niyyətindədir. 34 yaşlı müdafiəçini "Chelsea" də heyətində görmək istəyir. Amma bu mübarizədə "zadəganlar"ın şansı azdır. "Juventus"un Alveşin yeni klubundan 5 milyon avro istəyəcəyi gözlənilir. Digər bir variant isə tərəflərin müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməsidir. 2014-cü ildə "sambaçı" maraqlı etirafı ilə yadda qalmışdı. Alveş 2009-cu ilə kimi Mançester şəhərində "City" adlı klubun mövcudluğundan xəbərsiz olduğunu bildirmişdi. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
35923 səs