16/07/2017
14:33
1671
| A A A
FİFA Qətərə qarşı 6 ölkədən məktub alıb

Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə dövlətin Qətəri terroru dəstəkləməkdə ittiham etməsi idman da təsirsiz ötüşməyib. Goal.az xəbər verir ki, 6 ərəb ölkəsi FİFA-ya məktub yazaraq 2022-ci il dünya çempionatının təşkilatçılıq hüququnu Qətərdən almağı xahiş ediblər. Bu barədə beynəlxalq konfransda qurumun prezidenti Canni İnfantino məlumat verib. O, məktubu göndərən ölkələrin "terrorizm qalasına" getməkdə ciddi risk gördüklərini qeyd edib.

İyunun 5-də BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən və Liviya Qətərlə diplomatik əlaqələri kəsmək qərarına gəlmişdi. Daha sonra bir neçə ölkə də bu addımı atışdı. 2022 mundialı 21 noyabr -18 dekabr tarixində keçiriləcək.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66282 səs