17/07/2017
16:40
1560
| A A A
Premyer Liqada rekord sahibi olan qapıçı karyerasını bitirdi

İngiltərə millisinin sabiq qapıçısı Pol Robinzon karyerasını başa vurub. Goal.az xəbər verir ki, 37 yaşlı qolkiper bunu belindəki xroniki ağrılarla əlaqələndirib.

"Təəssüf ki, köhnə zədəm özünü göstərdi və yeni mövsüm hazırlığına mane oldu. Bunu nəzərə alıb karyeramı bitirmək qərarına gəldim. Uzun illər ərzində futbolda qalmaq imkanı əldə etdiyimə görə xoşbəxtəm. Ailəmlə istirahət etdikdən sonra hansı işlə məşğul olacağımı müəyyən edəcəm. 4 xüsusi komandada oynamışam. Bu klubların əməkdaşları və azarkeşlərinə minnətdarlığımı bildirirəm. "Burnley" və xüsusilə Şon Dayçla Billi Merserə təşəkkür edirəm ki, 37 yaşımda mənə güvəndilər. Bütün keçmiş klublarıma yeni mövsümdə uğurlar arzulayıram" - Robinson deyib.

O, karyerası ərzində "Leeds United", "Tottenham", "Blackburn Rovers" və "Burnley"nin şərəfini qoruyub. Robinson 41 dəfə İngiltərə millisinin də formasını geyinib. Təcrübəli qapıçı Premyer Liqada 5 məhsuldar ötürmə ilə digər həmkarlarını qabaqlayır. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
35923 səs