16/08/2017
22:49
21512
| A A A
"Kobenhavn" UEFA-ya şikayət etdi
Danimarkanın "Kobenhavn" klubu "Qarabağ"a Bakıda 0:1 hesabı ilə uduzduğu Çempionlar Liqasının ilk "pley-off" matçı ilə əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.
 
Klubun rəsmi saytında yer alan açıqlamada "Qarabağ"ın kapitanı Maksim Medvedevin 20-ci dəqiqədə Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurduğunu iddia edilir. Zərbə nəticəsində Benqtssonun almacıq sümüyü qançır olub. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizodu qarşılıqlı qayda pozuntusu kimi qiymətləndirmişdi. Benqsston həmin epizoddan əvvə Medvedevin formasından tutaraq saxlayırdı.
Danimarka təmsilçisi UEFA-ya şikayət etməklə, Medvedevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşündə iştirak etməməsinə nail olmaq istəyir.       
UEFA məsələyə avqustun 17-də baxacaqlarını açıqlayıb.
Avqustun 23-də Kopenhagendə keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54103 səs