24/08/2017
12:27
23872
| A A A
Qurban Qurbanov Simeoneni zirvədən endirdi

UEFA Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb. "Arsenal"ın ÇL-dən kənarda qalması ilə 20 ildən sonra ilk dəfə turnirdə çıxış etməyən Arsen Venger siyahıda yer almayıb.

Goal.az xəbər verir ki, ÇL-in qrup mərhələsində iştirak edəcək 32 klub arasında rekord "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova məxsusdur. Ağdam klubunun baş məşqçisi “Atletico”nu çalışdıran Dieqo Simeoneni geridə qoyub. Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ın "sükanı arxası"ndadır. 3-cü yerdə “Tottenham”in çalışdırıcısı Maurisio Poçettinodu. Poçettino həmyerlisi - Simeonedən 3 il geri qalır.

 

 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66308 səs