02/11/2017
19:33
15934
| A A A
UEFA "Qarabağ"ın pley-off şanslarını açıqladı
UEFA-nın rəsmi saytında Çempionlar Liqasının qruplarındakı komandaların növbəti  mərhələyə necə adlaya biləcəyinə aydınlıq gətirilib.
 
"Qarabağ”ın yer aldığı C qrupundakı durum da incələnib: "Roma”nın 5-ci turda 1 xal qazanması pley-offa yüksəlməsinə bəs edəcək. İtalyanlar qələbə qazanacağı, "Chelsea” bunu bacarmayacağı təqdirdə, 1/8 finala qrup lideri qismində yüksələcək.  "Atletico” növbəti turda uduzmasa, "Chelsea” Bakı səfərində yenilsə, 1/8 final şansını qoruyacaq. "Qarabağ” evdə uduzsa, madridlilər qələbəyə sevinsə, 3-cü yeri təmin edəcəklər.
 
Vəziyyətə Azərbaycan çempionunun prizmasından baxsaq, mübarizəni sürdürmək, pley-off şansını saxlamaq üçün qələbə vacibdi. "Qarabağ” öz meydanında yenilsə, ispanlar qələbə qazansa, debütant 4-cü pillədə qalacaq.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs