14/11/2017
18:55
11662
| A A A
Ronaldo "Real"dan getməyə qərar verib

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo 2017-2018 mövsümünün sonunda klubu tərk etməyi qərara alıb.

Goal.az "El Chiringuito" telekanalına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu istəyini klub prezidenti Florentino Peresə çatdırıb.

Portuqaliyalı forvard komandadakı durumundan narazıdır. Təcrübəli oyunçunu klub rəhbərliyinin ona münasibəti qane etmir. "Real Madrid" yeni müqavilə təklif etsə də, Ronaldo rədd cavabı verib. O, lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib. Digər tərəfdən, dünyanın ən yaxşı futbolçusu "Real Madrid" rəhbərliyinin fransalı hücumçu Kilian Mbappe və digər dünya səviyyəli oyunçuları almağa cəhdlərini özünə qarşı hörmətsizlik kimi qəbul edib.

Qeyd edək ki, Kriştiano Ronaldo "Real Madrid"lə 2016-cı ilin noyabrında yeni müqavilə bağlayıb. Onun illik əmək haqqı 21 milyon avrodur. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs