28/11/2017
12:56
19478
| A A A
Bukmeyker kontoru "Barcelona"nın haqqını yemədi

İspaniya Primerasının 13-cü turunda baş tutan "Valencia" - "Barcelona" (1:1) matçına Messinin qapı xəttini keçən zərbəsinin qol dəyəri qazanmaması damğa vurmuşdu. Ölkənin "Betfair Espana" bukmeyker kontoru isə haqq-ədalətə əməl etmək qərarına gəlib.

Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, kontor katalon klubunun qələbəsini proqnozlaşdıran şəxslərin pulunu ödəmək qərarına gəlib.

"Messinin zərbəsindən sonra top qapı xəttinin keçmişdi. Bu səbəbdən "Barcelona"nın qələbəsi və Messinin qol vurmasına pul qoyanların kuponu keçərli hesab edilir. "Betfair" nəinki heç-heçə, həm də "Barcelona"nın qələbəsini təxmin edənlərin uduşlarını ödəyəcək" - kontorun açıqlamasında qeyd olunur.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs