07/12/2017
11:37
2185
| A A A
Mətbuat konfransına "Zorro" kimi gəldi - video

“Shakhtar”un baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Manchester City” ilə keçirilən oyundan (2:1) sonra mətbuat konfransına xəyali qəhrəman "Zorro"nun kostyumunda gəlib.

Goal.az xəbər verir ki, buna səbəb oyundan öncə keçirilən mətbuat konfransında bu barədə vəd verməsi səbəb olub:

"Bu, karyeram ərzində ən şən mətbuat konfransıdır. Hər kəs sevinir, gülümsəyir. Alen Delonun, yoxsa Antonio Banderasın "Zorro"sunu bəyənirəm? Cavab vermək çətindir. Bu gün Fonsekanın "Zorro"sunu daha çox bəyəndim. Bu kostyumu kolidorda geyindim, heç futbolçularım da görməyiblər. İnanıram ki, bu zarafat uzun müddət xatırlanacaq”.

Qeyd edək ki, "Shakhtar" "şəhərlilər" üzərində qələbə ilə adını 1/8 finala yazıb.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs