29/12/2017
10:19
11133
| A A A
"Manchester City" "Kəpəz"in rekorduna yaxınlaşdı

"Manchester City" klubu İngiltərə Premyer Liqasında ardıcıl 19-cu qələbə sayəsində rekordçular "10-luğ"una yaxınlaşıb.

Goal.az-ın məlumatına görə, Xosep Qvardiolanın baş məşqçi olduğu komanda XX turda səfərdə "Newcastle" üzərində 1:0 hesablı qələbə nəticəsində təkcə liderliyini möhkəmləndirməyib.

"Şəhərlilər" həm də ardıcıl qələbə qazananlar siyahısında 11-ci pilləyə yüksəlib. Digər tərəfdən, Qvardiola hələ Almaniya "Bavariya"sında ikən 2013-2014 mövsümündə özünün əldə etdiyi ardıcıl 19 qələbə nailiyyətini təkrarlayıb.

"Manchester City" "10-luğ"a daxil olmaq üçün növbəti 3 turda "Crystal Palace" (31 dekabr), "Watford" (2 yanvar) və "Liverpool" (14 yanvar) komandalarını da yenməlidir.

Qeyd edək ki, "10-luq"da Azərbaycanın "Kəpəz" komandası da yer alıb. Gəncə təmsilçisi 1997 - 1998-ci illərdə nail olduğu 22 oyunluq qələbə seriyası ilə Hollandiyanın PSV və Uelsin "Nyu-Seynts" kollektivləri ilə 8 - 10-cu yerləri bölüşür. Üst sıralarda isə ardıcıl olaraq Portuqaliyanın "Benfika" (29 oyun), Macarıstanın "Ferentsvaroş", Xorvatiyanın Zaqreb "Dinamo"su (hər ikisi 28), Şotlandiyanın "Seltik", Albaniyanın Tirana "Dinamo"su (hər ikisi 25), Serbiyanın "Srvena Zvezda" (24) və İsveçin "Malmö" (23) komandaları qərarlaşıblar. (report)