11/01/2018
11:16
17466
| A A A
Arda Turan "Barca"dan Messiyə görə ayrılıb?

"Başakşehir"lə razılaşma əldə edən Arda Turanla bağlı daha bir xəbər yayılıb. Türk futbolçunun Lionel Messi ilə mübahisəli münasibətlərinin olduğu iddia edilir.

Goal.az xəbər verir ki, "Don Balon" nəşri Messinin paltardəyişmə otağında belə Ardaya salam vermədiyini yazıb. Argentinalı ulduzun bu münasibətinin səbəbi isə türk futbolçunun yetərincə işləməməsi və komandanın uğuru üçün əmək sərf etməməsidir. Messi Ardanın istedadlı futbolçu olduğunu, amma yetərincə çalışaraq bunu ortaya qoymadığını düşünür. Buna görə də Messi türk futbolçunun komandadan göndərilməsində maraqlı olub.

Qeyd edək ki, bu Messinin “Barcelona”dakı söz haqqından istifadə etməsi ilə bağlı ilk belə iddia deyil. Tez-tez Messinin rəhbərliyin işinə qarışdığı şayiələri yayılır.