12/01/2018
13:48
1689
| A A A
Antalya toplanışına yollanacaq hakimlərin adları açıqlandı - siyahı

Yanvarın 20-dən Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq azərbaycanlı futbol hakimlərinin siyahısı açıqlanıb. 

Goal.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qonşu ölkəyə 30 ədalət təmsilçisi yollanacaq. Onların yarısı referi, yarısı isə referi köməkçisidir. 

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Ramil Diniyev, İnqilab Məmmədov, Orxan Məmmədov, Elvin Əsgərov, Nicat İsmayıllı, Rəşad Əhmədov, Nail Nağıyev, Xəlil Xəlilov, Vüqar Həsənli, Etibar Həsənov

Referi köməkçiləri: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Rza Məmmədov, Akif Əmirəli, Mübariz Haşımov, Rahil Ramazanov, Cəmil Quliyev, Elman Kərimov, Cavanşir Yusifov, Vüqar Bayramov, Elşad Abdullayev, Vüsal Qənbərov, Eyyub İbrahimov, Məmmədəli Kərimov. 

Qeyd edək ki, fevralın 3-dək davam edəcək toplanış AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərliyi ilə keçiriləcək. Toplanışda Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov təlimatçı, Namiq Quliyev isə məşqçi kimi fəaliyyət göstərəcək.