12/01/2018
14:50
5937
| A A A
Neymar qol sevincindəki sirri açıqladı + FOTO

PSG-nin futbolçusu Neymar Fransa kubokunun 1/4 finalında “Amiens”in qapısına vurduğu qolu qəribə tərzdə bayram etmişdi.

Goal.az xəbər verir ki, Neymar qol vurduqdan sonra butsusunu çıxararaq başına qoymuşdu. Onun bu jesti sosial şəbəkələrdə geniş müzakirə edilmişdi. Braziliyalı futbolçunun “Nike” şirkətini reklam etdiyi deyilirdi. Müzakirələrin artdığını görən Neymar məsələ ilə bağlı “instagram”da açıqlama verərək qolu sabiq braziliyalı futbolçuya Maresoya ad günü hədiyyəsi etdiyini bildirib:

“Joa Selso Maresonu kim tanıyırsa, onlar qolu niyə belə bayram etdiyimi bilirlər. Yox, Maresonu tanımayan varsa, onda şəklin sağ tərəfindəki linkə daxil olub, onun fotosuna baxsınlar. Onda hər şey aydın olacaq. Sənə uğurlar, qardaş”.