12/01/2018
19:17
4687
| A A A
"Manchester United"in sabiq futbolçusu millinin baş məşqçisi ola bilər

"Manchester United"in sabiq müdafiəçsi Fil Nevill qadınlardan ibarət İngiltərə yığmasının baş məşqçisi postuna əsas namizəddir. Goal.az xəbər verir ki, federasiya bu məsələ ilə bağlı Nevillə danışıqlar aparır. 

Sentyabrda Mark Sempsonun istefasından sonra baş məşqçi səlahiyyətini müvəqqəti olaraq Morin Marli yerinə yetirir. Sempsonun istefa səbəbi 2014-cü ildə "Bristol City"nin qadın futbolçular akademiyasında yol verdiyi xoşagəlməz hərəkətlərlə bağlı idi. Bundan başqa yığmanın futbolçuları Eniola Aluko və Dryu Spens məşqçini rasizmdə ittiham etmişdi.