18/01/2018
13:31
9105
| A A A
"Beşiktaş" - "Bayern Munich" matçı bu qadına görə tarixə düşəcək

"Beşiktaş" Çempionlar Liqasında Almaniyanın "Bayern Münich" klubu ilə qarşılaşarkən Türkiyədə  bir ilk yaşanacaq.

Goal.az xəbər verir ki,  "Beşiktaş" turnirin 1/8 finalında ilk oyunu səfərdə oynayacaq. "Allianz Arena"da keçiriləcək qarşılaşma fevralın 20-si saat 22:45-də başlayacaq.

14 Martda keçirilən cavab qarşılaşması isə ilklə əlamətdar olacaq. "Beynəlxalq Qadınlar Günü" münasibəti ilə qarşılaşmanı "Tivibu" ekranlarından Türkiyənin ilk və tək qadın spikeri Semahat Özdoğan şərh edəcək.