07/02/2018
16:40
8552
| A A A
Aleksis Sançezə 16 aylıq həbs cəzası

"Manchester United"in hücumçusu Aleksis Sançez 16 aylıq azadlıqdan məhrumetməsi cəzası alıb. Goal.az "Sport"a istinadən xəbər verir ki, "Barcelona"da oynadığı 2012-13-cü illərdə imic hüquqlarının satışında saxtakarlıq etdiyinə görə mühakimə olunub. İspaniya qanunlarına görə 2 ildən  az həbs cəzası alan şəxslər cərimə ödəmək imkanına malikdir. Aleksis İspaniya dövlət prokurorluğunun razılığı əsasında 890 min funt cərimə və faizlər ödəyəcək. Ulduz futbolçu etiraf edib ki, vergidən yayınmaq üçün imic hüquqlarını 2 xarici şirkətə satdığını gizlədib.