13/02/2018
13:11
1371
| A A A
İntizam Komitəsindən "Olympiacos"a ciddi cəza

Yunanıstan Superliqasının İntizam Komitəsi 20-ci tur çərçivəsində fevralın 4-ü baş tutan "Olympiacos" - AEK (1:2) oyunu ilə bağlı qərar çıxarıb. Goal.az xəbər verir ki, Pirey klubunun hesabından 3 xal silinib və 90 min avro cərimə kəsilib. "Olympiacos" növbəti 2 ev matçını boş tribunlara önündə oynamalı olacaq. Bunun səbəbi AEK-lə oyundan sonra meydan sahiblərinin azarkeşləri tərəfindən polis və təhlükəsizlik əməkdaşlarına hücum olunması, pirotexniki vasitələrdən istifadə edilməsi, reklam şitlərinin sındırılmasıdır. Bundan başqa bir qrup fanat AEK futbolçularını daşıyan avtobusa zərər yetirmişdi. Klub cəzadan apellyasiya şikayəti verməyə hazırlaşır.