13/02/2018
14:03
2007
| A A A
Mark Klattenburqun üzünə su butulkası atıldı

Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda keçirilən "Al Ettifaq" - "Al Feiha" (1:1) qarşılaşmasında ingilis baş hakim Mark Klattenburqun diqqət mərkəzində olduğu maraqlı epizod qeydə alınıb. Goal.az xəbər verir ki, meydan sahiblərinin müdafiəçi Hüseyn Əl-Sayed su butulkasını meydandan kənara atarkən ehtiyatsızlıqdan Klattenburqu nişan alıb. Misirli futbolçu dərhal referiyə yaxınlaşaraq ondan üzr istəyib. Klattenburq cibindən sarı vərəqə çıxarıb zarafatla Əl-Sayedə göstərib. Bu sarı vərəqə oyunun protokoluna daxil edilməyib.