13/02/2018
18:04
1281
| A A A
"Tottenham"in məşqçisi İtaliyanın fəxri vətəndaşı oldu

"Tottenham"in baş məşqçisi Maurisio Poçettino İtaliyanın Virle-Pyemonte yaşayış məntəqəsinin fəxri vətəndaşı olub. Goal.az xəbər verir ki, gənc mütəxəsisin əcdadları sözügedən məntəqədən çıxıblar. Turin Pyemonte əyalətinin paytaxtıdır. Kiçik şəhərcikdə 1200 nəfər yaşayır. Poçettino Argentinada doğulsa da, özünü italyan hesab etdiyini deyib.

"Məsafələr rol oynamır. Mən həmişə özümü pyemontlu hiss etmişəm. Uşaqlıqdan belə öyrədilmişəm" - 45 yaşlı mütəxəsis deyib.