13/03/2018
16:50
2743
| A A A
PAOK-un prezidenti həbs edildi

Yunanıstan polisi PAOK-un prezidenti İvan Savvidinin həbsi ilə bağlı order verib.

Goal.az xəbər verir ki, Savvidi AEK-PAOK qarşılaşmasında meydana tapança ilə girərək, hakimlərə təzyiq göstərmişdi. Polis prezidentdən savayı daha 4 nəfərin də həbsinə order verib. Rusiya Dövlət Dumasının sabiq deputatı olan 

Savvidinin üstündə tapança gəzdirməyə icazəsi olub. Ancaq Yunanıstan qanunlarına görə, stadionlara yalnız polislərin tapança ilə daxil olmaq hüququ var. 

Qeyd edək ki, Yunanıstan dövləti Superliqanın oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI