19/03/2018
16:51
7986
| A A A
Neymar PSG-də qalmaq üçün şərtini açıqladı

Neymar PSG-də qalması üçün rəhbərlikdən maaşının artırılmasını tələb edib.

Goal.az xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb. Xəbərdə braziliyalı futbolçunun bu yaxınlarda görüşdüyü klub prezidenti Naser Əl-Xələfidən maaşının artırılmasını tələb etdiyi qeyd edilib.

Belə ki, hazırda illik 37 milyon avro qazanan hücumçu, Paris təmsilçisində qalması üçün Xələfidən 52 milyonluq maaş tələb edib. Rəhbərlik Neymarın bu tələbi ilə razılaşsa, braziliyalı illik qazancına görə “Real”ın hücumçusu Kriştiano Ronaldo və “Barcelona”nın üzvü Lionel Messini geridə qoyacaq.

Hazırda zədəli olan Braziliya millisinin üzvü cari mövsümdə şans qazandığı 30 oyunda 29 qol vurub, 16 qol ötürməsi edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
Bayern Munich
%
Roma
%
13828 səs