31/03/2018
10:50
12207
| A A A
"Roma" türk futbolçunu heyətdən kənarlaşdırdı

İtaliyanın "Roma" klubunda çıxış edən türkiyəli futbolçu Cengiz Ünder heyətdən kənarlaşdırılıb. 

Buna səbəb gənc futbolçunun zədəli olmasıdır. Türkiyə millisinin üzvü İtaliya A Seriyasının 30-cu turunda səfərdə "Bologna" ilə matçda iştirak edə bilməyəcək. 

21 yaşlı hücumçunun Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Barselona"ya qarşı iştirakı isə sual altındadır. 

Qeyd edək ki, "Bologna" - "Roma" matçı martın 31-də, "Roma" - "Barcelona" qarşılaşması isə aprelin 4-də keçiriləcək.