16/04/2018
11:37
949
| A A A
“Neftçi"dən azarkeşlərə sürpriz

"Neftçi" azarkeşlərə sürpriz edib.

Goal.az xəbər verir ki, mövsümün ən vacib ev oyununa – Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Qəbələ” qarşılaşmasına giriş sərbəst olacaq.

Aprelin 18-i saat 20:00-da “Bakcell Arena”da başlayacaq görüşü azarkeşlərimiz biletsiz izləyə biləcəklər.