16/04/2018
14:30
1880
| A A A
Britaniya hökuməti "Chelsea"nin sahibinə qarşı sanksiya tətbiq edə bilər

"Chelsea"nin sahibi Roman Abramoviç Böyük Britaniya hökumətinin sanksiyası ilə üzləşə bilər. Goal.az xəbər verir ki, ona və bir neçə rusiyalı oliqarxa qarşı tədbirlər müzakirə mərhələsindədir.

2018-ci ilin yanvarından Britaniyada əcnəbi mülkiyyətçilərin kapital mənbəyi araşdırılır. Rusiyalı iş adamları maliyyəni hardan əldən etdiklərini açıqlamasa, onların mülklərinə həbs qoyula bilər. Abramoviç 2003-cü ildən "Chelsea"nin sahibidir.