25/04/2018
16:30
9974
| A A A
Fenerbahçe - Beşiktaş matçı ilə bağlı qərar verildi

Türkiyə kubokunun yarımfinalında keçirilən Fenerbahçe - Beşiktaş cavab oyunu ilə bağlı yekun qərar açıqlanıb.

Goal.az xəbər verir ki, yarımçıq dayandırılan oyun qaldığı yerdən - 57-ci dəqiqədən azarkeşsiz oynanılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Rəsmi məlumat, qısa müddətdə TFF-nin saytında yerləşdiriləcək.

Qeyd edək ki, Fenerbahçe - Beşiktaş görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən Beşiktaş-ın ehtiyat qapıçısı Tolga Zenginlə Fenerbahçe-lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
22972 səs
GÜNÜN ƏN ÇOX OXUNANLARI