12/05/2018
21:19
9086
| A A A
54 il sonra Bundesliqanı tərk etdi, azarkeşlər stadionu yandırdı

Hamburg 34-cü turda Borussia Moenchengladbach'a məğlub olaraq Almaniya Bundesliqasını tərk edib. 

Goal.az xəbər verir ki, klub 54 il sonra tarixində ilk dəfə Almaniya Bundesliqasını tərk edib.Matçın bitməsinə 2 dəqiqə qalmış Hamburg'lu azarkeşlər "Volksparştadion"u yandırmağa, meydançaya kənar əşyalar atmağa başlayıb. Nəticədə oyun dayandırılıb. Fanatlar "Hamburg bizik, siz deyilsiniz" şüarları səsləndiriblər. 200 polisin müdaxiləsindən 19 dəqiqə sonra baş hakim Feliks Brix meydançaya qayıdıb. Referi qısa müddətdən sonra oyunu bitirib.