16/05/2018
10:19
2333
| A A A
Azarkeşlər Çempionlar Liqasına vəsiqə qazanmayan futbolçuları döydü

Portuqaliya Sporting'inin 50-dək azarkeşi klubun məşq bazasında komandanın futbolçularına və məşqçilər heyətinə hücum edib.

Goal.az-ın məlumatına görə, kapyuşonda (paltarların yaxasına tikilən papaq-red) olan fanatlar bazanın ərazisinə soxulduqdan sonra futbolçuları təhqir etməyə və aqressivlik nümayiş etdirməyə başlayıblar. Hadisə zamanı daha çox hollandiyalı hücumçu Bas Dost zərər çəkib. Onun başına bir neçə xəsarət yetirilib. Eyni zamanda, Rodriqo Battalya, Markos Akunya, Ruy Patrisiu, Vilyam Karvalyu, Yosip Mişiç və baş məşqçi Jorje Jezuş da xəsarət alıb.

Klubun və Portuqaliya Futbol Federasiyasının rəhbərliyi baş verənləri pisləyərək, günahkarların tapılmasını istəyib.

Qeyd edək ki, Sporting ölkə çempionatının son turundan əvvəl Çempionlar Liqasına vəsiqə verən 2-ci yer uğrunda Benfica ilə mübarizə aparıb. Axırıncı turda Benfica qələbə qazandığı halda, Sporting Maritimu'ya uduzub - 1:2. 

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
349 səs