16/05/2018
11:48
383
| A A A
Sporting futbolçuları azarkeşlərin hücuma məruz qalıb

Portuqaliya Liqasında çempion ola bilməyən Sporting azarkeşlərin hücuma məruz qalıb. Goal.az xəbər verir ki, 50 fanat klubun bazasına soxulub və futbolçulara hücum edib. Komanda üzvlərindən ən çox xəsarəti Bas Dost alıb. Hollandiyalı forvard mövsümü 27 qolla başa vurmaqla Sporting-in ən sərrast oyunçusu olub. Hazırda polis hücumda iştirak edən 21 nəfəri saxlayıb.

"Mən Dostun təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməliyəm. Klub öz futbolçularını qoruya bilmirsə, başqa yollar axtarmalı olacağıq. Bu, Dostun müqaviləsini pozmaq istədiyinə dəlalət etmir. Hər şeydən öncə, onun və ailəsinin qeydinə qalmalıyam" - Bas Dostun agenti Qünter Noyhaus deyib.