30/05/2018
16:13
17074
| A A A
Loris Kariusa sürpriz müştəri çıxıb

İtaliya C Seriyasında çıxış edən Rimini klubu Liverpool-un qapıçısı Loris Kariusu transfer etmək istəyir. Goal.az xəbər verir ki, klubun prezidenti Corcio Qrassi alman qolkiperin Rimini-də sakitlik tapacağına əmindir.

"Bir neçə gün ərzində Kariusu kluba gətirmək istəyirəm. Rimini ilə 1 illik müqavilə özünü tamamilə rahat hiss etmək üçün əlverişli şərtdir. Amma bu, asan gəzinti olmayacaq. Loris, ilk növbədə komandanın əsas qapıçısı Françesko Skotti ilə rəqabətdə üstün olmalıdır" - Qrassi deyib.

Ötən mövsüm Premyer Liqada 19 oyuna çıxan alman qapıçı 14 qol buraxmışdı. O, Çempionlar Liqasının finalında Real-la qarşılaşmada xüsusilə diqqət mərkəzinə düşmüşdü. Kariusun 2 kobud səhvi "qırmızılar"ın məğlubiyyətinə səbəb olmuşdu.