Liverpool qapıçısının səhvlərinə səbəb nə olub?
Liverpool-un qapıçısı Loris Karius Çempionlar Liqasının finalında (1:3) ciddi zədə alıbmış. Goal.az "Bild"ə istinadən xəbər verir ki, Real-ın ilk qolundan 2 dəqiqə əvvəl Serxio Ramos dirsək zərbəsi ilə alman qolkiperin beynini silkələyib. Daha sonra Karius 2 kobud səhvə yol verməklə komandasının məğlubiyyətinə səbəb olub.
ESPN kanalının məlumatına görə qapıçı mayın 31-i Bostonda kəllə-beyin travması üzrə mütəxəsisin qəbulunda olub. Massaçusetsdə yerləşən xəstəxanada Kariusun başı rentgenə salınıb. Ross Zafonte adlı mütəxəsisin qəbuluna qolkiper Liverpool həkimlərinin təşəbbüsü ilə aparılıb.
Mourinyo hansı klubu çalışdıracaq?
REAL MADRID
MILAN
BAVARİYA
INTER