12/06/2018
15:12
14101
| A A A
Kadırov Salahdan istifadə edib?

Misirin futbol üzrə milli komandası dünya çempionatına Çeçenistanda hazırlaşır.

Goal.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, komandanın mundiala hazırlığı Çeçenistan prezidenti Ramzan Kadırovu da maraqlandırıb. Futbolçular oteldə istirahət etdiyi vaxtda prezident otelə gəlib. O, millinin və Liverpool-un futbolçusu Məhəmməd Salahı öz maşını ilə “Axmat Arena”ya - Misir millisinin məşq etdiyi stadiona aparıb.

Respublika prezidentinin bu hərəkəti birmənalı qarşılanmayıb. Belə ki, bəzi hüquq müdafiəçiləri Ramzan Kadırovu qınayıblar. Onlar hesab edirlər ki, Çeçenistan prezidenti insanlar arasında nüfuzunu artırmaq üçün bu cür metoddan istifadə edib

Misir millisinin icraçı direktoru Eihab Leheita baş verənlərə münasibət bildirməkdən imtina edib. İcraçı direktor şərh üçün FİFA- ya müraciət olunmasını məqsədəuyğun sayıb.