13/06/2018
12:28
1369
| A A A
FİFA dünya çempionatından fantastik gəlir götürəcək

FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək.  

Goal.az xəbər verir ki, "The New York Times" nəşri bu məbləğin 2014-cü ildə Braziliyada təşkil olunmuş mundialın qazancından 1,3 milyard dollar çox olduğunu yazıb. 

Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək. Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi sayəsində mümkün olub. Dünya çempionatına sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi. 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.