13/06/2018
14:30
817
| A A A
FİFA-nın büdcəsi artırılacaq

2022-ci ilədək FİFA-nın büdcəsi 6,56 milyard dollara çatacaq.  Goal.az xəbər verir ki, 2019 - 2022-ci illər üçün büdcə layihəsi Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresdə təsdiqlənib.  Planlaşdırılan büdcənin yerinə yetirilməsi mövcud müqavilələr hesabına 70 faiz təmin olunub. Təşkilat əsas gəlirləri televiziya və marketinq hüquqlarının satışından əldə edəcək. 2015 - 2018-ci il büdcəsi 5.5 milyard dollar olmalı idi. Lakin bu göstərici 10 faiz artaraq, 6.1 milyard dollar olub.