21/06/2018
11:33
11374
| A A A
Ronaldo sürət rekordu vurdu - video

Portuqal futbolçu Kriştianu Ronaldo DÇ-2018-in qrup mərhələsinin birinci turunda İspaniya ilə keçirilən oyunda saatda 38,6 km sürət yığıb.

Goal.az xəbər verir ki, bu barədə Almaniyanın "One" kanalı məlumat verib. Yeni rekordun təsdiqlənməsi gözlənilir. Hələ ki, FİFA-nın rəsmi statistikasına əsasən, portuqaliyalı futbolçunun bu oyunda maksimum sürəti 34 km/saat təşkil edib.

Ronaldo het-trik etdiyi matçda əks hücum zamanı bu sürəti yığıb, həmin hücum qol ilə nəticələnməyib. Oyun 3:3 hesabı ilə yekunlaşıb.

Hazırda rəsmi sürət rekordu 36,9 km/saatla Qaret Beylə məxsusdur.